Avropada yayqış vaxtına keçidin ləğvi 2021ci ildən sonra olacaq


Digərləri 31 Okt 2018 07:21:00 251 0

Avropada yayqış vaxtına keçidin ləğvi 2021ci ildən sonra olacaq

Avropada yay-qış vaxtına keçidin ləğv edilməsi ən tez 2021-ci ildən sonra mümkün olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qərar Aİ Şurasına sədrlik edən Avstriyanın Qrats şəhərində Aİ ölkələri nəqliyyat və ekologiya nazirlərinin qeyri-formal toplantısında qəbul olunub.

Avropa Komissiyasının təklifi əsasında müzakirəyə çıxarılan məsələdə üzv ölkələrin nazirləri ümum-Avropa qərarına nail ola bilmək üçün koordinator təyin edilməsi qərarına gəliblər. Qarşıda duran əsas hədəf yay-qış vaxtına keçidin ləğvi baş tutarsa, bu qərarın bütün üzv ölkələr tərəfindən icra edilməsinə nail olmaqdır. Əks halda, yaranacaq xaos həm iqtisadi, həm də loqistik problemlərə yol aça bilər.