Nazirlər Kabinetində 3 nəfər işdən çıxarıldı


Digərləri 30 Okt 2018 23:37:00 270 0

Nazirlər Kabinetində 3 nəfər işdən çıxarıldı

Nazirlər Kabinetinin bir şöbə müdiri və iki şöbə müdirinin müavini işdən çıxarılıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, kabinetin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Şahin Salahov yaş həddi ilə əlaqədar vəzifədən azad olunub.

Bundan başqa, Nazirlər Kabinetinin Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdir müavini Nail Sadıqov vəzifəsindən azad edilib. O, dövlət qulluğunda işləmənin son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.