Möhür əvəzinə təsbehin üzərinə səcdə etmək olarmı?


Digərləri 30 Okt 2018 21:55:00 331 0

Möhür əvəzinə təsbehin üzərinə səcdə etmək olarmı?

Hər təsbehin üzərinə səcdə etmək olmaz. Plastmass, sümük, muncuq təsbehlərin üzərinə səcdə edilməz. Amma müqəddəs yerlərin torpağından hazırlanmış təsehlərin üzərinə səcdə etmək icazəlidir. Daha çox Kərbəla torpağından "türbət təsbeh" adlı təsbehlər hazırlayırlar. Kərbəla torpağının üzərinə səcdə etmək xüsusi üstünlüyə malik olduğu üçün, türbət təsbehin üzərinə səcdə etmək də fəzilətlidir. Amma nəzərə almaq lazımdır ki, gərək səcdə zamanı alın təsbeh dənələrinin üzərinə tam otursun, dənələrin arasında boş yer çox qalmasın. Alına dəyən təsbeh dənələrinin ümumi sahəsi ən azı baş barmağın dırnağı (və ya şəhadət barmağının bir bükümü) qədər olmalıdır; bundan az olsa, səcdə düzgün sayılmaz.