Qarın əsrarəngiz sirləri –


Digərləri 30 Okt 2018 21:05:00 310 0

Qarın əsrarəngiz sirləri –

Qar, havanın soyuq olduğunu göstərir. Ancaq qar yağdığı üçün hava soyuq olmur, əksinə qar soyuğu azaldır. Havadakı toz və zəhərli hissəciklər, qarla yerə endirilərək hava təmizlənir. Yağan qar həm atmosferə istilik verir, həm də (özü də soyuq olmasına baxmayaraq) yeri bir yorğan kimi örtərək bəzi bitki və heyvanların artıq dərəcədə soyuqdan tələf olmasının qarşısını almaqda vacib rol oynayır.

Quran buyurur: "(Allah) göydən, onda olan donmuş bulud dağlarından QAR və DOLU nazil edir. Onun vasitəsi ilə istədiyinə ziyan vurur və onu, istədiyindən sovuşdurur. Onun (qar və dolunun) parıltısı az qalır gözlərin işığını yox etsin". (Nur surəsi, 43)

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, 1931-ci ildə Amerikalı Vilson Betley adlı bir fotoqrafın "Qar kristalları" kitabı satışa çıxarıldı. Vilsonun 2500- dən çox qar kristallarının üzərində apardığı təcrübə bütün dünyanı heyrətə saldı. Məlum oldu ki, qar kristalları əsrarəngiz olmağı ilə yanaşı hər biri özünəməxsus quruluşa malıkdir. Dünyaya yağan heç bir qar dənəsi o birisinə bənzəmir. Vinson özü bunu belə şərh edirdi: "Böyüdücü ilə baxdıqda qar dənələrinin möcüzəvi quruluşunu gördüm. İndiyə gədər bu gözəlliyin başqaları tərəfindən görülməməsini utandırıcı hal hesab edirəm"