Xalq artisti ilə bağlı şok gizlinlər: “Xanımını xərçəngdən qurtarmaq üçün evini satdı”


Şou-biznes 30 Okt 2018 20:28:00 346 0

Xalq artisti ilə bağlı şok gizlinlər: “Xanımını xərçəngdən qurtarmaq üçün evini satdı”

Bu gün xalq artisti, muğam və xalq mahnılarının mahir ifaçısı Məmmədbağır Bağırzadənin xatirə günüdür.

Son.az bildirir ki, mərhum sənətkarın yaxın dostu, şair Vüqar Əhməd xatirələrini yenicag.az-la bölüşüb.

- Məmmədbağır Bağırzadə ilə dostluq edirdiniz, bir dost kimi onu necə xarakterizə edərdiniz?

- Ona Mamed deyə müraciət edirdim. Özünə hörmət edən, yerini bilən şəxsiyyət, əsil dost idi. Heç vaxt özünə qarşı hörmətsizliyi qəbul etməzdi. Bir xatirə danışım. 1995-ci ildə AzTV-də redaktor müavini vəzifəsini icra edirdim. Redaktorun adını çəkmək istəmirəm. Məmmədbağır həmin redaktorun yanına gəlib dedi ki, konsert vermək istəyir. Redaktor da saymazyana şəkildə onu başından eləmək istədi. Qapı açıq idi, mən gördüm ki, Mamed onun üstünə yeriyib döymək istəyir. Araya girdim ki, onu sakitləşdirim. Həmin redaktor yalvarırdı ki, qoyma məni öldürür. Mamed dedi sən kimsən ki, xalq musiqisinə qarşı belə hörmətsizlik edirsən, amma estrada musiqiçiləri gələndə yuxarı başa keçirirsən. Sözümün canı budur ki, Məmmədbağır özünə hörmət etməklə yanaşı, təmsil etdiyi xalq musiqisinə də xüsusi hörmət bəsləyirdi. Həmin hadisədən sonra redaktor tapşırıq verdi, onun iki konsertini təşkil etdik.

- Son görüşünüzü xatırlayırsınızmı?

- AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin qızının toyunda görüşdük. Elə bil ürəyinə dammışdı ki, məni qapıya qədər ötürdü. Dedim ay Mamed özümüz gedərik, sən get toyunu oxu.

- Deyilənə görə, Məmmədbağır o dövrün ən çox toya aparılan müğənnisi olub?

- Bir il qabaqdan toy dəvətləri olurdu. Bütün bölgələrdə onu sevirdilər. Qazaxdan bir fanatı vardı, 16 yaşından ta dünyasını dəyişən günə qədər bütün mahnılarını toplayıb kasset çıxarmışdı. O deyirdi ki, Məmmədbağır Qazaxda toyların çoxunu pulsuz oxuyub.

- O qədər toylara aparılan müğənni yəqin ki, varlı həyat sürüb?


Xəbərə aid fotolar