Azərbaycanda 2030-cu ilədək işsizlik səviyyəsi 4 faizə endiriləcək


Digərləri 30 Okt 2018 20:29:18 270 0

Azərbaycanda 2030-cu ilədək işsizlik səviyyəsi 4 faizə endiriləcək

Azərbaycanda 2030-cu ilədək işsizlik səviyyəsi 4 faizə endiriləcək.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda işsizlik səviyyəsini 2030-cu ilədək 4 faizə, o cümlədən qadınlar və gənclər arasında işsizliyi minimum səviyyəyə endirmək nəzərdə tutulur. Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nda öz əksini tapıb. 2017-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 5 faiz; qadınlar arasında – 5,9 faiz; 15-24 yaşlı gənclər arasında –12,9 faiz; 15-29 yaşlı gənclər arasında isə 9,2 faiz təşkil edib. Bundan başqa, Azərbaycanda iqtisadiyyatda rəsmi işləyənlərin qeyri-kənd təsərrüfatı sahəsində ümumi məşğul əhaliyə nisbətini 2030-cu ilədək 80 faizə çatdırmaq nəzərdə tutulur.