DİQQƏT! Bu paltarlar xəstəlik daşıyır


Digərləri 30 Okt 2018 20:08:00 297 0

DİQQƏT! Bu paltarlar xəstəlik daşıyır

Avropanın bəzi ölkələrində insanlar xüsusən bayramlar vaxtı geyinilməyən paltarları yol kənarına qoyurlar ki, ehtiyacı olanlar götürüb istifadə etsin. Amma hər işdə pul qazanmaq istəyən bəzi işbazlar burda da sakit durmur. Həmin paltarları yeni adı ilə başqa ölkələrə satırlar.

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet yayımlanıb.

Eyyub Hüseynov - AİB-in Sədri: "Əhali çıxarır paltarları qoyurlar küçənin qırağına, gətirib burda ədədlə satırlar. Biznes yaradıblar".

Adil Qeybulla - Həkim: "Bunlar çox ucuz olduğundan onları alırlar, gətirirlər. Bəzən onlar kiloqramla, çəki ilə satılır xaricdə. Gətirilib burada satılması sərfəli olur".

Bakının demək olar ki, bütün rayonlarında 2-ci əl paltarların satıldığı mağazalar fəaliyyət göstərir. Bu cür mağazalara tələbat da kifayət qədərdir. Lakin təklif olunan geyilmiş paltarların nə dərəcədə təmiz və gigiyenik olması insanları düşündürən əsas məqamlardan biridir.

Sakin: "Geyilmiş paltardır yuyulub, gətirib satırlar burda".

İddialara görə, xarici ölkələrdən, əsasən də Avropadan gətirilən bu paltarlar yuyulub təmizlənmədən, heç bir dezinfeksiya tədbiri görülmədən mağazalara təqdim olunur. Alıcılar isə alış-veriş zamanı bu paltarlara əllə toxunur, geyinib üzərlərində yoxlayırlar. Ekspertlərin fikrincə, bu zaman insanlar hətta bizə tanış olmayan infeksiyalara da yoluxa bilərlər.


Xəbərə aid fotolar