Ata oğlunun öldüyünü biləbilə "Səni axtarıram"a çıxdı


Digərləri 30 Okt 2018 17:12:00 387 0

Ata oğlunun öldüyünü biləbilə "Səni axtarıram"a çıxdı

Öncə birinci həyat yoldaşı tərəfindən bıçaqlandığı, sonra ikinci arvadının yanında olduğu deyilən Fuad Həsənov barədə yeni detallar hər kəsi şoka salıb.

Son.az xəbər verir ki, studiaya gələn anonim zəng, "Səni axtarıram"da oğlunu axtarışa çıxan Qazax Həsənovun yalanının üstün açıb.

Belə ki, oğlundan bir aydır heç bir xəbəri olmadığını deyən Qazax kişinin yalan danışdığını bildirən telefon arxasındakı adı açıqlanmayan qadın bunları deyib:

"Gülnarı məndən yaxşı tanıyan olmaz. Qazax dayı yaxşı bilir oğlu haradadır. Bu Gülnarın bir quramasıdır ki, o kişi ora çıxıb. 1 il bundan qabaq Gülnarla münasibətimiz yarandı. Mənə dedi ki, "Fuad adlı bir polis işçisi var, pensiyaya çıxıb, ailəsindən də boşanıb. Qızları ailə qurub, nəvəsi var. Göygöldə yaşayırlar. Maşını var, 400-500 gəliri var. Mənə də belə kişi lazımdır". Gülnarın da əri Gülnarı iki uşaqla belə işlərinə görə atdı getdi. Gülnar dedi ki, "Fuad üçün qız dünyaya gətrimək istəyirəm. Mal-mülkü uşağın adına keçirib, Fuaddan boşanıb aliment tələb edəcəm" dedi. Gülnarın vaxtı ilə münasibətdə olduğu oğlan Fuadın dostu idi. O oğlana yazdım ki, Fuad harada? Cavab verdi ki, Fuad 1 ay bundan qabaq qəzaya düşüb, ölüb. Wathsapp-ımda da var".


Xəbərə aid fotolar