Bakıda borcu olan şəxs evinin qarşısında döyüldü


Digərləri 30 Okt 2018 15:40:16 258 0

Bakıda borcu olan şəxs evinin qarşısında döyüldü

Bakıda zor tətbiq etməklə özbaşınalıq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakı. Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.Salmanov oktyabrın 28-də M.Ə.Rəsulzadə qəsəbəsindəki evinə gələn 2 nəfərin onu həyətə çağırıb döydüklərini, “Niva” markalı avtomobildə Qobu qəsəbəsindəki bir evə apararaq yenidən döyərək borclu olduğu pulu tələb etdiklərini bildirib. DİN-dən Trend-ə verilən məlumata görə, polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri olan Elşən və Elvin Mustafayevləri qısa müddətdə müəyyən edərək saxlayıblar.