Növbəti hərrac: 4-ü elektron olmaqla 26 sifariş verildi (FOTO)


Digərləri 30 Okt 2018 14:43:21 198 0

Növbəti hərrac: 4-ü elektron olmaqla 26 sifariş verildi (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, hərracda paytaxt və rayonlar üzrə 4 iştirakçı sifarişini elektron formada verib. Cəlbedici və geniş çeşidli dövlət əmlaklarından 17-si iştirak etmək istəyənlərin marağına səbəb olub. Bu dövlət əmlaklarına ümumilikdə 26 sifariş verilib. Sifariş sayının seçilmiş dövlət əmlaklarının miqdarını üstələməsi hərracın rəqabət və şəffaf mübarizə şəraitində keçdiyini göstərir.