Polis zabiti dostunu güllələdi,


Digərləri 30 Okt 2018 14:12:00 286 0

Polis zabiti dostunu güllələdi,

31 yaşlı Flavio de Oliveyra Polis Akademiyasında təhsili başa vurmuşdu. O, dostlarını toplayaraq bu olayı kafedə qeyd edirdi. Yeyib-içmək məclisi faciə ilə bitib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, hadisə Braziliyanın mərkəzindəki Qoyaniya bölgəsində yaşanıb.

31 yaşlı Flavio de Oliveyra məclis başa çatanda maşınına oturub və polis vəsiqəsi ilə xidməti silahını onlara göstərib. O, tapançanı əlində oynadarkən qəflətən atəş açıb.

Güllə maşının yanında velosipeddə oturmuş 20 yaşlı Mateus Kastroya dəyib.

Kastro ağır yaralanaraq yerə yıxılıb.

Maşından düşən Olivyera dostuna yaxınlaşıb, onu qan içində görəndə geri dönüb və maşını kilsəyə sürüb.


Xəbərə aid fotolar