Səhv bağışlamayan sənət REPORTAJ FOTO


Digərləri 30 Okt 2018 14:00:00 236 0

Səhv bağışlamayan sənət  REPORTAJ  FOTO

Son.az Trend-in yazısını təqdim edir:

Şəki... Hər küçəsindən, daşından, hətta havasından tarix qoxusu gələn şəhər. Əsrlərlə yaşı olan bu şəhərin tarixi müxtəlif tikililərdə, sənət növlərində yaşayır. Şəkidə ta qədim zamanlardan sənətkarlıq növlərinin müxtəlif növləri inkişaf edib və bu gün də inkişaf etməkdədir. "AccessBank" ailəsi qürur duyur ki, bu sənət növlərini yaşadanlar arasında bizim müştərilərimiz də var. Xatırlayırsınızsa, ötən yazımızda təkəlduz sənətinə toxunmuşduq. Budəfəki qəhrəmanımız isə şəbəkə sənətini yaşadan sənətkarlardan biri Soltan İsmayılovdur.

SƏBR SƏNƏTİ

Onun adına xalq arasında səbr sənəti də deyirlər. Sizə ustanın səbrini sınağa çəkən, sonda isə bu sınağın mükafatını gözəlliklə ödəyən bir sənətdən danışacam. Bəli, şəbəkə sənəti bu qədər təkrarolunmaz və gözəl sənətdir! Şəbəkə yüzlərlə, bəzən minlərlə ağaz və şüşə parçasının birləşməsindən əmələ gələn dekorativ tətbiqi incəsənət nümunəsidir. Sənətin mahiyyəti ondan ibarətdir ki, hissəciklər bir-birinə keçirilməlidir. Təsəvvür edin, nə mismar, nə də yapışqandan istifadə olunmur. Başqa sözlə, rəngli şüşələr taxtanın ovulmuş hissəsinə oturdulur. Bu isə şəbəkəni dünyanın ən unikal incəsənət növlərindən birinə çevirir.

Bəzi mənbələrə görə, şəbəkənin 1000 ildən çox yaşı var.

Şəki xan sarayında elə şəbəkə növü var ki, onun hazırlanmasında 15 min detal istifadə olunub. Bu cür sənət əsərlərinin hazırlanması üçün təxminən 1 il, hətta ilyarım vaxt tələb olunur. Sənətkarın səbri istənilən alqışa layiqdir!

Yeri gəlmişkən, Azərbaycandakı şəbəkə sənətini digər ölkələrdəki analoji sənət növlərindən ciddi şəkildə fərqləndirən unikal xüsusiyyətlər var. Bir çox beynəlxalq tədbirlərdə iştirak edən sənətkarlar da təsdiqləyib ki, Azərbaycandakı şəbəkə sənəti digər ölkələrdəkindən bir, hətta bir neçə addım öndədir.

ŞƏKİ, ŞƏKİ, SƏNƏTKARLAR OYLAĞI!


Xəbərə aid fotolar