Cəzaçəkmə müəssisəsində dəri xəstəliyinin yayılması ilə bağlı AÇIQLAMA


Digərləri 30 Okt 2018 13:00:00 208 0

Cəzaçəkmə müəssisəsində dəri xəstəliyinin yayılması ilə bağlı AÇIQLAMA

Bu günlərdə bəzi sosial şəbəkələrdə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birinin mühafizəsini həyata keçirən əsgərlər arasında dəri xəstəliyinin yayılmasına dair məlumatlar verilib.

Bakı. Samir Əli - Bu günlərdə bəzi sosial şəbəkələrdə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birinin mühafizəsini həyata keçirən əsgərlər arasında dəri xəstəliyinin yayılmasına dair məlumatlar verilib. Xidmətdən Trend-ə verilən məlumata görə, məsələ dərhal yerində araşdırılıb və bu məlumatın tamamilə əsassız olduğu aşkar edilib. Bununla əlaqədar bəyan edilir ki, belə cəfəng, həqiqətə uyğun olmayan, uydurma məlumatların yayılması əhalini çaşdırmaq və aparılan islahatlara kölgə salmaq məqsədi daşıyır.