Özünü skeletə oxşadan oğlandan qəribə istək:


Dünya 30 Okt 2018 12:42:00 279 0

Özünü skeletə oxşadan oğlandan qəribə istək:

Burnunu və qulaqlarını kəsən, sifətinə döymə etdirən oğlan indi də cinsiyyət orqanını kəsmək fikrindədir.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, "Kalaca Skull" adı ilə tanınan Erick Hincapie Ramirez Kolumbiyanın Kartaqo şəhərində doğulub.

Hazırda 22 yaşı olan Ramirez çoxsaylı əməliyyatlar keçirdib. O, skeletə oxşamaq üçün burnunun ucunu və qulaqlarını kəsdirib. Ramirez bununla da kifayətlənməyib və dilini iki yerə böldürərək hər bir hissəni fərqli rəngə boyayıb. Gənc göz bəbəklərini də tatu vasitəsilə qara rəngə boyayıb, dişlərini itiləyib.

Buna səbəb isə Ramirezin 12 yaşındaykən anasının dünyadan köçməsidir. O, anasının şəklini kürəyinə döydürüb.

Anasının ölümündən sonra psixoloji sarsıntı keçirən Ramirez tamamilə skeletə oxşamaq üçün indi də cinsiyyət orqanını kəsdirmək istəyir.


Xəbərə aid fotolar