VİDEOsu yayılan jurnalist özünü binadan atıb öldürdü FOTO


Dünya 30 Okt 2018 11:15:00 274 0

VİDEOsu yayılan jurnalist özünü binadan atıb öldürdü  FOTO

Efirlə canlı bağlantı qurulan zaman sərxoş şəxs tərəfindən yumruqlanan müxbir intihar edib.

Son.az Mirror-a istinadla xəbər verir ki, həmin anın videosu sosial şəbəkələrdə yayıldıqdan sonra "məşhurlaşan" jurnalist özünü binadan atıb.

Rusiyanın NTV kanalında müxbir işləyən 25 yaşlı Nikita Razvozayev həmin hadisənin baş verməsindən təxminən 3 ay sonra canına qəsd edib.

Onun sevgilisindən ayrıldığı və son zamanlar depressiyada olduğu deyilir.


Xəbərə aid fotolar