Sığorta bazarının göstəriciləri açıqlanıb


Digərləri 30 Okt 2018 08:28:00 246 0

Sığorta bazarının göstəriciləri açıqlanıb

2018-ci ilin yanvar-sentyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 568.5 mln. manat məbləğində sığorta haqları toplanıb, 186.9 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Könüllü sığorta bazarı üzrə haqlar 414.9 mln. manat, ödənişlər isə 137.3 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 153.6 mln. manat, ödənişlər isə 49.6 mln. manat olub.