Venesiyanın tarixi mərkəzi 75 faiz su altında qalıb VİDEO


Digərləri 30 Okt 2018 08:02:00 232 0

Venesiyanın tarixi mərkəzi 75 faiz su altında qalıb  VİDEO

Venesiyada tarixi mərkəz Afrikadan gələn sirokko küləyi səbəbindən təqribən 75 faiz su altında qalıb.

Son.az "Report"a istinadən bildirir ki, 29 oktyabr tarixində yerli vaxtla təqribən 15:00-da suyun səviyyəsi dəniz səviyyəsindən 156 sm-ə çatıb.

Hazırda şəhər meri Luici Brunyaronun göstərişinə əsasən, yerli sakin və turistlərə San-Marko meydanına keçmək qadağan edilib. Bu tədbirlər bədbəxt hadisələrdən qaçmaq üçün görülüb.