Süni zəka insanın yerini dar edəcək?


Digərləri 29 Okt 2018 23:54:00 289 0

Süni zəka insanın yerini dar edəcək?

Mütəxəssislər deyir ki inkişafdan qorxmamalı, əksinə, onu fürsətə çevirməliyik 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının proqram rəhbəri Yevgeniy Sesitski VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən plenar sessiyada çıxışı zamanı süni zəkanın inkişafı nəticəsində 2025-ci ilədək dünyada insanların 50 faizinin iş yerini itirə biləcəyini deyib.

Y.Sesitski qeyd edib ki, quruma üzv olan 160 ölkə arasında ABŞ və Çin elmi ixtiralara görə daha çox vəsait sərf edir. Rəqəmsal texnologiyaların yeni istiqamətlər yaratdığını deyən proqram rəhbəri əlavə edib ki, nanotexnologiya, süni zəka son zamanlar çox populyar sahəyə çevrilib: "Ancaq alimlər xəbərdarlıq edirlər ki, süni zəkanın inkişafı ilə bağlı bir çox problemlər ola bilər. Süni zəkanın inkişafı nəticəsində 2025-ci ilədək dünyada insanların 50 faizi iş yerini itirə bilər. Ona görə, yeni istiqamətlərə yaradıcı baxmaq lazımdır".