Avropada ən uzunömürlü insanlar bu regionda yaşayırlar


Digərləri 29 Okt 2018 22:46:00 242 0

Avropada ən uzunömürlü insanlar bu regionda yaşayırlar

Avropada ən uzunömürlü insanlar Aralıq regionunda yaşayırlar. İspanlar və italyanlar orta hesabla 83,4 il ömür sürürlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Avropa İttifaqının Statistika İdarəsinə üzv ölkənin statistik göstəriciləri əsasında hazırlanmış siyahıda sonrakı yerlərdə Fransa, Lüksemburq və Kipr (hər biri 82,7 il), Malta (82,6 il), İsveç (82,4 il) Avstriya və İrlandiya (81,8 il) yer alıb. Avropanın ən çox əhaliyə malik ölkəsi Almaniyada isə orta ömür həddi 81 ildir. Siyahıda son yerləri isə Bolqarıstan, Latviya və Litva (hər birində 74,9 il) tutub.