Məşhur professordan İNANILMAZ SÖZLƏR: Belə qidalanan insanların qoyundan fərqi yoxdur


Digərləri 29 Okt 2018 22:37:00 268 0

Məşhur professordan İNANILMAZ SÖZLƏR: Belə qidalanan insanların qoyundan fərqi yoxdur

Türkiyənin məşhur professoru Canan Karatay hesab edir ki, insan sadəcə taxıllarla qidalansa, qoyundan fərqi olmaz.

Son.az xəbər verir ki, maraqlı və kəskin açıqlamaları ilə tez-tez diqqət çəkən kardioloq bu dəfə veqanlara müharibə elan edib. O, heyvan mənşəli qidalardan imtina edən insanlar haqqında fikrilərini belə ifadə edib:

"Taxıl heyvan yemidir. İnsan orqanizmi taxılların istifadə edilməsinə proqramlaşdırılmayıb. Taxıl yesək, qoyun kimi olarıq. Taxılla qidalansaq, taxıl beyinli olarıq. Veqan pəhrizi taxıl beyinli olmaq deməkdir. Veqanlar qısa ömürlüdür. Veqanlar yalnız taxıl yeyir, eynilə dovşan və qoyun kimi. Veqanlık xəstəlikdir. Quru paxlakimilər fəsiləsindən olan bitkilər çox əhəmiyyətlidir. Mütləq yeyilməlidir. Quru paxlakimilər taxıl deyil".

Daha sonra Karatay Çukurova Universiteti Su Məhsulları Fakültəsi tərəfindən aparılan tədqiqatda Türkiyənin başlıca duz istehsal mərkəzlərində istehsal olunan süfrə duzunun tərkibində miktoplastik tapılması barədə danışıb. O, bildirib ki, qaya duzu əslində çox əhəmiyyətli mineraldır:

"Duzsuz qalmaq infarkt və ifliclə nəticələnə bilər. Süfrə duzu təhlükəlidir. Rəfinə edilməsi lazımdır. Duz istehlak etməsək, həyat olmaz. Bütün sinir sistemində hər şeyin altında duz var. Duz olmasa, heç bir orqanımız çalışmaz. Təzyiqi yüksəldən şəkərdir. Duzsuz həyat olmaz. Qaya duzu ilə suyu qarışdırıb içə bilərsiniz. Bu, sağlam üsuldur. Zərərli məhsullar bunlardır: şəkər, çörək, un, şəkərli və qazlı içkilər".

Veqan pəhrizi nədir?