Psoriaz tam sağalmasa da, onu müalicə etmək mümkündür


Digərləri 29 Okt 2018 21:33:00 260 0

Psoriaz tam sağalmasa da, onu müalicə etmək mümkündür

Beynəlxalq təqvimdə oktyabrın 29-u Dünya Psoriaz Günü kimi qeyd edilir. 2004-cü ildən təsis edilən bu günün təşəbbüsçüsü Beynəlxalq Psoriaz Assosiasiyaları Federasiyası olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, günün keçirilməsində məqsəd insanların diqqətini bir daha bu xəstəliyə yönəltmək və onları maarifləndirməkdir. Statistik məlumatlara görə, dünya əhalisinin 3 faizə qədəri psoriaz və ya psoriaz artritindən əziyyət çəkir.

Psoriaz tam sağalmayan xəstəliklər sırasına daxildir. Lakin düzgün müalicə olunanda onun xarici təsiri əhəmiyyətsiz və hətta keçərli ola bilər. Bu, ən yayılmış dəri xəstəliklərindən biridir və səpgi, qızartı və bədənin müəyyən nahiyələrində dəri qabığının soyulması şəklində özünü göstərir. Psoriaz və ya pullu dəmrov dərinin avtoimmun, xroniki gedişə malik yolxucu olmayan xəstəliyidir. Problem sadəcə dərini zədələmir, eyni zamanda, pasiyentlərin psixoloji, sosial və mədəni həyatına da mənfi təsir göstərir.