Avropa saytı Bakıdakı qiymətlərdən yazdı


Digərləri 29 Okt 2018 21:06:00 267 0

Avropa saytı Bakıdakı qiymətlərdən yazdı

Dünyanın müxtəlif ölkələrində yaşayış xərcləri, qiymətlərlə bağlı müqayisələr aparan "expatistan.com" saytı bu dəfə Azərbaycanın paytaxtında qiymətlərlə bağlı hesabat yayıb.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, araşdırmada Bakı şəhərində restoran və kafelərdə qiymətlərdən tutmuş, ərzaq məhsulları, otel və mehmanxana, geyim, nəqliyyat, səhiyyə, əyləncə və sairə xərclənən məbləğ yer alıb. 74 nəfər arasında keçirilən sorğu əsasında məhsul və xidmətlərin qiymətləri ilə bağlı orta rəqəm müəyyənləşdirilib.

Hesabatda göstərilir ki, Bakıda biznes mərkəzlərində içki daxil qəlyanaltı menyusunun qiyməti orta hesabla 12 manatdır. Mağazalarda 500 qram toyuq sinəsi 3,47 manat, 1 litr yağlı süd 1,75 manat, 12 yumurta 2,43 manat, 1 kq pomidor 2,71 manat, 1 kq kartof 1,01 manat, 1 şüşə şərab 10 manata satılır. 1 qutu "Marllboro" siqareti 4,74 manatdır.

Saytın yazdığına görə, şəhərin mərkəzi hissələrində bir aylıq ev kirayəsi 862 manat təşkil edir. Nisbətən kənarlarda isə bu rəqəm 483 manata qədər azalır.

Paytaxtda 85 kv. metrlik mənzildə iki nəfər üçün kommunal xidmət haqqı (isitmə, elektrik, qaz və s) aylıq 107 manatdır. Əhali 8 Mbps internet üçün aylıq 25 manat ödəniş edir.