Azərbaycanın yük vaqonu Türkiyədə dəmir yolunda sınaqdan keçirildi


Digərləri 29 Okt 2018 19:38:00 309 0

Azərbaycanın yük vaqonu Türkiyədə dəmir yolunda sınaqdan keçirildi

Azərbaycan Dəmir Yolları" QSC-nin vaqon xidmətinin rəisi Bəşir Əsədov və texniki-istehsalat şöbəsinin rəisi Əlövsət Nəcəfov Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yolları Daşımaçılıq təsərrüfatının mühəndisləri ilə birgə tarixi hadisəyə imza atıblar.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Son.az-a verilən məlumata görə, Azərbaycan dəmir yoluna məxsus olan bir ədəd yarımvaqon Türkiyə dəmir yolunun Qars stansiyasında yerli qatarın tərkibinə qoşulmaqla, Sarıqamış, Ərzurum, Ərzincan, Dibriği, Bostanqaya kimi böyük stansiyalardan keçərək Sivas stansiyasına qədər 8 saatlıq yol qət edib. 

Aparılan testin nəticələrinə görə, Azərbaycan dəmir yoluna məxsus olan yük vaqonları qardaş ölkənin ərazisindən yük daşımalarına cəlb edilə bilər və qarşılıqlı yük mübadiləsində əhəmiyyətli rol oynamaq imkanına malıkdir.


Xəbərə aid fotolar