Hacıqabulda və Biləsuvarda brakonyerlər saxlanıldı


Digərləri 29 Okt 2018 16:32:00 238 0

Hacıqabulda və Biləsuvarda brakonyerlər saxlanıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının respublika ərazisində keçirdikləri reyd zamanı Hacıqabul rayonu Atbulaq kəndi ərazisində icazəsiz ov edən şəxs saxlanılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Hacıqabul rayon sakini İmran Məmmədov olduğu müəyyən edilib, ondan adları "Qırmızı Kitab"a düşən ütəlgi, muymulu, qaragöz quşları və ov alətləri götürülüb, təqsirkar şəxs inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən isə Biləsuvar rayonunun Platina adlanan ərazisində icazəsiz ova cəhd edən 3 nəfər saxlanılıb. Onlardan 3 ov tüfəngi götürülüb.

Araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Cavid Nehmətov, Murad Niftullayev və Miryusif Əzizli olduğu müəyyən olunub və hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə edilib.