Rusiya şirkəti Ermənistandakı qızıl mədənini satır


Dünya 29 Okt 2018 15:15:00 250 0

Rusiya şirkəti Ermənistandakı qızıl mədənini satır

Rusiyaya məxsus şirkət Ermənistanın Qafan rayonundakı qızıl mədənini satır.

Son.az report-a istinadən xəbər verir ki, bunu "Kommersant" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Rusiyanın Qafandakı dağ-mədən şirkəti olan "Polymetal" müəssisəsi qızıl hasilatı yatağını satmaq üçün "En+" şirkətinin keçmiş sahibi Artyom Volıntsovun başçılıq etdiyi "Chaarat Gold" şirkəti ilə danışıqlar aparır.

"Cari il oktyabrın 26-da tərəflər "Bloomberg"in sorğusuna cavab olaraq, danışıqların aparıldığını təsdiqləyiblər. Hələ bu ilin avqustunda "Chaarat" MDB-də məkanında polimetal mədənini 75 milyon dollara almağı planlaşdırdığını açıqlamışdı. İndi bu məlumat təsdiqlənib. Həmin mədən Qafanda yerləşirmiş", - qəzet vurğulayıb.