Bakıda beynəlxalq biznes forum keçiriləcək


Digərləri 29 Okt 2018 14:38:00 210 0

Bakıda beynəlxalq biznes forum keçiriləcək

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının sədri olan Azərbaycan Sahibkarlar  Konfederasiyası (ASK) tərəfindən noyabrın 2-də Bakıda Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafına həsr edilmiş beynəlxalq biznes forum təşkil olunacaqdır.

ASK-dan Son.az-a verilən məlumata görə, Forumda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin sahibkarları, biznesə dəstək təşkilatları Azərbaycanda olan real investisiya imkanları, hal-hazırda icra edilən investisya layihələri haqqında yaxından tanış olacaq, habelə sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin artırılması məqsədilə B2B görüşlər təşkil ediləcəkdir.