Bakı Ali Neft Məktəbində İsveçrə səfiri ilə görüş olub


Digərləri 29 Okt 2018 14:02:00 226 0

Bakı Ali Neft Məktəbində İsveçrə səfiri ilə görüş olub

Bakı Ali Neft Məktəbində (BANM) İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder ilə görüş keçirilib.

BANM-dan Son.az-a verilən məlumata görə, görüşdə rektor Elmar Qasımov, ABB şirkətinin ölkə üzrə direktoru Rüstəm Qasımov, İsveçrə səfirliyinin Mətbuat və informasiya üzrə əməkdaşı Atəş Sultanov və Ali Məktəbin digər məsul əməkdaşları iştirak ediblər.

Qonaqları BANM-da salamlayan rektor Elmar Qasımov Ali Məktəbin tələbələri, təlim-tədris proqramları haqqında danışıb.

Rektor vurğulayıb ki, BANM-ın tələbələri hər yay 2 ay müddətində SOCAR-ın müəssisələrində və transmilli şirkətlərdə çalışaraq praktiki biliklər əldə edirlər. Ali Məktəblə əməkdaşlıq edən şirkətlərdən bəhs edərkən Elmar Qasımov bu istiqamətdə ABB şirkətinin BANM-ın ən yaxın partnyoru və dostu olduğunu səfirə bildirib. Rektor ötən il BANM-da ABB şirkətinin avadanlıqları və simulyasiya vasitələri ilə tam təchiz olunan Təlim Mərkəzininin açılışı olduğunu bildirib və qeyd edib ki, hazırda bu mərkəzin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasında təhsil alan tələbələrin praktiki fəaliyyətində rolu əvəzsizdir.

İsveçrə Konfederasiyasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder isə rektor Elmar Qasımova səmimi görüş və qonaqpərvərlik üçün təşəkkür edərək bildirib ki, BANM onun Azərbayncanda olduğu bir neçə universitetdən çox fərqlənir.