UNEC-lə “Aqroservis” arasında memorandum imzalanıb (FOTO)


Digərləri 29 Okt 2018 14:02:17 181 0

UNEC-lə “Aqroservis” arasında memorandum imzalanıb (FOTO)

UNEC-lə “Aqroservis” arasında memorandum imzalanıb

Bakı. UNEC-lə “Aqroservis” arasında memorandum imzalanıb. Trend-in məlumatına görə, sənədə əsasən, yüksək ixtisaslı mütəxəssislərin hazırlığında ikitərəfli əlaqələrin təkmilləşdirilməsi, tələbə və magistrantlara təcrübə qazanmaları üçün müvafiq şəraitin yaradılması, məzunların işlə təminatında dəstəyin göstərilməsi, elmi-metodik resurs mübadiləsi həyata keçiriləcək. Əlavə olaraq aqrar sektorda fəaliyyət göstərən mütəxəssislərin elm və təhsil bazasının gücləndirilməsi, onların tədris prosesinə cəlb olunması, professor-müəllim heyəti tərəfindən şirkət əməkdaşlarının iqtisadiyyat, idarəetmə və marketinq sahəsində müasir tələblərə uyğun maarifləndirilməsi, xüsusi ixtisasartırma proqramlarının hazırlanması, kənd təsərrüfatı məhsullarının ixracına dair UNEC dəstəyinin göstərilməsi istiqamətində də addımlar atılacaqdır.