Bakıda Azərbaycan və Belarus hərbi topoqraflarının görüşü keçirilib


Digərləri 29 Okt 2018 13:01:00 207 0

Bakıda Azərbaycan və Belarus hərbi topoqraflarının görüşü keçirilib

Bakı şəhərində Azərbaycan və Belarus hərbi topoqrafiya üzrə ekspertlərdən ibarət nümayəndə heyətlərinin işçi görüşü keçirilib.

Bakı. Bakı şəhərində Azərbaycan və Belarus hərbi topoqrafiya üzrə ekspertlərdən ibarət nümayəndə heyətlərinin işçi görüşü keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqlara naviqasiya, hidroqrafiya və hidrometeorologiya fəaliyyətlərinin yerinə yetirilməsi mövzusunda brifinqlər təqdim olunub, ordumuzda mövcud olan müasir texniki avadanlıqların imkanları nümayiş etdirilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb. Tərəflər hərbi topoqrafiya, geodeziya və kartoqrafiya sahəsində təcrübənin öyrənilməsi və tətbiqi barədə fikir mübadiləsi aparıblar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin