Yarmarkada 100 tondan artıq bal satılıb


Digərləri 29 Okt 2018 11:40:00 259 0

Yarmarkada 100 tondan artıq bal satılıb

Oktyabrın 5-28-də Bakıda keçirilən 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında 100 tondan artıq bal satılıb.

Son.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov Trend-ə bildirib ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmuş yarmarkaya Azərbaycanın bütün iqtisadi rayonlarından 380-ə yaxın arıçı qatılıb. Ümumilikdə yarmarkaya çıxarılmaq üçün 150 ton süzmə bal təqdim olunub. Bal nümunələrindən götürülən laborator analizlər nəticəsində 30 tona yaxın balın keyfiyyətinin standartlardan aşağı olduğu müəyyənləşib və həmin məhsulların yarmarkada satışına icazə verilməyib:

"Yarmarka ərzində anbarda saxlanan 120 ton balın 116 tonu arıçıların gündəlik sifarişləri əsasında satışa buraxılıb. Aparılan gündəlik monitorinqlər nəticəsində yarmarkanın gedişində 100 tondan artıq balın satıldığı müəyyənləşib".

V.Hüseynov yarmarka dövründə möhtəkirlərin ətraf ərazilərdə ucuz qiymətə saxta bal satması hallarının qarşısını almaq üçün tədbirlər görüldüyünü deyib: