XİN: İndoneziyada qəzaya uğramış təyyarənin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb


Digərləri 29 Okt 2018 10:34:00 209 0

XİN: İndoneziyada qəzaya uğramış təyyarənin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb

İndoneziyada qəzaya uğramış "Boeing 737" təyyarəsinin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb.

Bakı. Ləman Zeynalova - İndoneziyada qəzaya uğramış "Boeing 737" sərnişin təyyarəsinin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Xatırladaq ki, təyyarə Yava adasının qərb sahillərində qəzaya uğrayıb. Layner Cakarta aeroportundan havaya qalxandan təqribən 10 dəqiqə sonra radardan itib.