667 nəfər dövlət qulluğuna qəbul üçün keçirilən imtahanda uğur qazanıb


Digərləri 29 Okt 2018 08:58:49 212 0

667 nəfər dövlət qulluğuna qəbul üçün keçirilən imtahanda uğur qazanıb

İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 28 oktyabr 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib. DİM-dən Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 15 nəfər imtahana gəlməyib. İmtahan nəticələri saat 16:52-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Nəticələrə əsasən: BA1 altqrupu üzrə – 1 nəfər; BA2 altqrupu üzrə – 1 nəfər; BA3 altqrupu üzrə – 21 nəfər; BA4 altqrupu üzrə – 39 nəfər; BB1 altqrupu üzrə – 124 nəfər;