Salyan sakini həmkəndlisini bıçaqlayıb


Digərləri 28 Okt 2018 23:16:00 266 0

Salyan sakini həmkəndlisini bıçaqlayıb

Salyan rayonunun Boranıkənd kəndində bıçaqlanma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 1994-cü il təvəllüdlü yerli sakin Zülfüqarov Röyal Ağasəf oğlu 1990-ci il təvəllüdlü həmkəndlisi Əhmədov Elsevər Razim oğlunu aralarında düşən mübahisə zəminində bıçaqlayıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılaraq əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Rusiyada azərbaycanlı atasını təhqir edən həmyerlisini bıçaqlayıb.