“Morgan Stanley”dən “Facebook”la bağlı mənfi proqnoz


Digərləri 28 Okt 2018 23:05:00 233 0

“Morgan Stanley”dən “Facebook”la bağlı mənfi proqnoz

"Morgan Stanley" bankının məlumatına görə, cari il ərzində sosial şəbəkə Avropadan 3 milyon istifadəçisini itirib.

Yaxın gələcəkdə "Facebook" 1 milyon avropalı istifadəçisini itirə bilər. Buna səbəb isə cari ilin mayın 25-də Avropada şəxsi məlumatların qorunması haqqında qanunun (General Data Protection Regulation-GDPR) qəbul edilməsi səbəb ola bilər.

Son.az facemark.az-a istinadən bildirir ki, bu barədə "Campaign" "Morgan Stanley"in araşdırmasına istinadən xəbər verir. Kredit təşkilatı qeyd edir ki, qanunun qüvvəyə minməsi ilə bağlı olaraq, "Facebook" Avropalı istifadəçiləri şəbəkənin istifadəçisi olmağı davam etdirmək üçün onların məlumatlarının şəbəkədə yığılmasına razı salmalı olacaq.