İnnovativ düşüncəyə sahib olmaq üçün


Digərləri 28 Okt 2018 22:35:00 741 0

İnnovativ düşüncəyə sahib olmaq üçün

Nə iş görürüksə görək, demək olar ki, hamımızın yeni və yaradıcı fikirlərə ehtiyacı var. Hamı kimi düşünmək yerinə fərqli düşünməyə fokuslanmalısınız. Bunun üçün də dahi və ya elm adamı olmağa ehtiyac yoxdur. Bunu etmək düşündüyünüz qədər çətin deyil. Sadəcə, düşüncə qabiliyyətimizi bir balaca inkişaf etdirməliyik. Bunu da əldə edəcəyimiz bir sıra vərdişlərlə bacaracağıq.

Başlayaq!

1) Kitab oxuyun, amma həftədə 1-2 dəfə yox.

Bazar günündən bazar gününə kitab oxumağın düşüncənin inkişafına gözlə görülən bir təsiri olmayacaqdır. Buna görə də günün hər anında kitabınız yanınızda olsun. Səhər oyandığınızda, axşam yatmadan öncə, işə və ya universitetə gedərkən, günorta fasiləsində bir neçə səhifə də olsa kitab oxuyun. Mütəmadi oxuyan zehin günün hər anında məhsuldarlığa açıqdır.

2) Yazın, çəkin, nələrsə qaralayın.

Qeyd almaq üçün ağıllı telefon istifadə etmək yerinə kağız və qələmdən istifadə sizi daha yaradıcı edər. Buna görə də, üstünüzdə və ya masanızda bir dəftər və qələm olmasına diqqət edin. Düşünərkən əlinizdə qələm olduğunda özünüzü daha yaxşı fokuslanmış hiss edəcəksiniz.

3) Şablon olsa da, həqiqətdir. Hobbiniz olsun.

Boş vaxtlarınızda vaxtınızı "öldürmək" üçün deyil, hobbiləriniz üçün ayrıca vaxtınız olsun. Bu hobbi vaxt və zəhmət tələb edən, həmçinin edərkən böyük zövq alacağınız bir şey olsun. Mümkündürsə, xüsusi bir hobbi olsun... İdman salonuna getmək və ya kompüter oyunu oynamaq kimi hər kəsin etdiyi adi şeyləri hobbi olaraq qəbul etməyin.