Özümüzü əks cinsə sevdirməyin


Digərləri 28 Okt 2018 22:40:00 233 0

Özümüzü əks cinsə sevdirməyin

"Qadınlar, özünüzə qulluq edin. Gözəl görünün. Kişilərin əksəriyyətinin xəyanətinin səbəbi qadınların özlərinə baxmamasıdır". Bunlar ən çox eşitdiyimiz sözlərdən biridir. Qadınlar isə bu ifadələri vizual baxımlılıqda görür və özlərinə gözləllik etalonu seçib ona bənzəməyə çalışırlar. Sonra isə həkim nəzarətindən kənar pəhrizlər, bahalı markalı ətirlər, makiyaj ləvazimatları və s. - müəyyən komplekslər yaranmağa başlayır. Bununla da bəylərə daim şübhə ilə yanaşırlar. Qadınlar xəyanətlə rastlaşarkən "o, qadın məndən gözəldir mi? Mənim ondan nə əskiyim var?", bəylər isə xəyanətlə rastlaşarkən "məni necə aldada bildi? Niyə belə axmaqlıq eləmişəm?" kimi düşünürlər. Yəni qadınlar xəyanətlə üzləşdikləri zaman seçilməmişlik, kişilər isə aldadılmışlıq duyğusu keçirir. Son.az meslehetdir.com-a istinadən bildirir ki, amma artıq "vizual görüntü xəyanətdə böyük rol oynayır" tendensiyası son illər öz təsdiqin tapmayır. Alman alimlərin araşdırmalarına görə, kişilərdə bağlılıq duyğusu qadınlarla müqayisədə daha çoxdur. Sadəcə qadınların əksəriyyəti bunu görə və istifadə edə bilmir. Kişilər xanımlarında öz analarını axtarırlar. Buna psixoanalizdə Edip kompleksi - oğlun anaya olan məhəbbəti deyilir. Əgər qadınlar bu həssas nöqtədən tuta bilsələr, özlərini kişilərə sevdirə bilərlər. Bunun üçün xanımlarımız qayınanalarını yaxşı tanımağa çalışmalıdırlar. Gəlin, əsasən, bir neçə sirri sizlərlə paylaşaq:

Mətbəx. "Kişinin qəlbinə gedən yol mədəsindən keçər" sözlərini boşa deməyiblər. Qadınların onlara bişirdikləri yeməkləri özlərinə qarşı qayğı kimi görürlər. Yəni kişilər üçün bişirilən yeməyin dadı ikinci plandadı, əsas ona sərf olunan zaman və əziyyətdir.

Qayğı. Kişilərin qadınların onları uşaq kimi əzizləməyi üçün lap ürəkləri gedir. Məsələn, saçlarını tumarlamaq, xəstələnəndə uşaq kimi onu əzizləmək - bir sözlə, qayğı göstərmək.

Tərif. Amma qadına deyilən tərif "necə də gözəlsən, ağıllısan" kimi deməkdənsə, onlara "necə də güclüsən, sənin yanında özümü rahat hiss edirəm, məni himayə edə bilirsən" kimi sözləri desəniz, uduzmazsınız. Çünki kişilər gücə daha çox önəm verirlər. Onu da qeyd etmək lazımdır ki, kişilərə bu tərifləri deyərkən bunların sizin yanınızda etibarlı olduğunu da qeyd edin. Mənim gözümdə beləsən. Yəni kişi özünü sizin yanınızda güclü hiss etsin.