Silikon vadisi nədir, necə yaranıb,


Digərləri 28 Okt 2018 22:20:00 333 0

Silikon vadisi nədir, necə yaranıb,

Silikon Vadisi, Şimali Kaliforniyadakı San Francisco vadisinin bir hissəsi olan San Jose vadisinə verilən addır. Bu adın səbəbi isə bölgədə sıx olaraq istehsal və inkişaf fəaliyyətində olan silikon çip istehsalçılarının və texnologiya sahəsində inkişafa böyük qatqı qatan şirkətlərin burada cəmləşməsidir.

Kaliforniya ştatının Palo-Alto rayonunda yarımkeçiricilərin istehsalının sürətlə inkişafını göstərmək üçün 1971-ci ildə "Electronic News" jurnalının müxbiri Don Hefler bu rayonu Silikon Vadisi adlandırıb. İlk dəfə bu anlayış 11 yanvar 1971-ci il tarixində jurnalist Don Heflerin "ABŞ-ın Silikon Vadisi" adlı məqalələr seriyası dərc olunanda yaranıb.

Son.az banco.az-a istinadən bildirir ki, daha çox, yüksək texnologiya ilə əlaqədar sektorları ifadə etmək üçün istifadə edilən ad olmuşdur. Çünki bir çox bu tip firmanın mərkəzi və ya çıxış yeri buradır. Bunlara nümunə olaraq; Intel, Cisco, Google, HP, Maxtor, Softway Solutions, Apple, Microsoft, Oracle, Nvidia, AMD, Facebook, Twitter, Mozilla, Yahoo! v.s bu kimi şirkətləri göstərmək olar.

Köhnə Kaliforniya valisi Leland Stanford, 1891 ci ildə Stanford Universitetini qurdu. Bu universitetin quruluşu bu vadinin təməllərinin atılması mənasını verir.

Stanford məzunları Bill Hewlett və David Packard universitetin dəstəyi ilə 1939-ci ildə kampus yaxınlığındakı bir qarajda Hewlett Packard (HP) şirkətini qurdular. İlk şirkətlər arasında General Electric və Eastman Kodak yer aldı.

Stanford Universiteti dekanı, universitetin ətrafındakı bütün əraziləri texnologiya şirkətlərinə sataraq bölgənin dünyada texnologiya mərkəzi olmasını təmin etdi. Bacarıqlı və təşəbbüskar tələbələrin müəllimi, Mühəndis fakültəsinin dekanı Frederik Emmons Terman Silikon Vadisinin "atası" hesab olunur. Hazırda iri İT-şirkətlərin kiçik vətənlərinə çevrilmiş Stenford sənaye parkının yaradılmasının təşəbbüskarı məhz F. Emmons Terman olub.

Silikon Vadisi ABŞ-da fəaliyyət göstərən bütün müəssisələrin üçdə bir hissəsini təşkil edir və bu, yüksək texnologiyalı yenilik və elmi inkişaf üçün aparıcı ekoloji və başlanğıc ekosistemi olmağa kömək edir.