"Xurma festivalının iştirakçısı olduğum üçün çox xoşbəxtəm"


Digərləri 28 Okt 2018 21:47:00 291 0

"Xurma festivalının iştirakçısı olduğum üçün çox xoşbəxtəm"

Bu gün Balakəndə tarixi bir hadisəyə şahidlik edirik. Bu bölgənin, eləcə də Balakənin ən məşhur meyvələrindən olan xurma ilə bağlı festivalın iştirakçısı olduğum üçün çox xoşbəxtəm.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk Balakəndə keçirilən II Beynəlxalq xurma festivalı zamanı jurnalistlərə müsahibəsində deyib.

Konsul vurğulayıb ki, xalqın, bu qədər insanın bayram əhvali-ruhiyyəsi ilə bura toplaşması onu göstərir ki, bu günün bölgə üçün xüsusi əhəmiyyəti var. "Festivalın istər Balakən, istərsə də Azərbaycan üçün xeyirli olmasını arzulayıram",- deyə Zəki Öztürk bildirib.