Rusiyada şəkərin qiyməti kəskin yüksəlib


Digərləri 28 Okt 2018 21:25:00 456 0

Rusiyada şəkərin qiyməti kəskin yüksəlib

Şəkərin topdan satış qiymətinin kəskin artması bu ilin sentyabrından başlayıb. Belə ki, oktyabrda ölkənin Cənub federal dairəsində topdan satış qiyməti ötən ilin anoloji dövrü ilə müqayisədə 50% bahalaşıb, 1 kq 35,9 rubl təşkil etmişdi. Bütünlükdə yanvar ayı ərzində qiymətlər demək olar ki, 44% artıb.

Son.az facemark.az-a istinadən bildirir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinə istinadən RBK yazıb. Nazirlik qeyd edib ki, məhsulun istehlak qiyməti 2018-ci ilin oktyabrın 15-ə görə, 1 kq - 42,70 rubla çatıb. Bir həftə ərzində artım 1,2% (bu ilin başlanğıcına görə +17,6% , 2017-ci ilin anoloji dövrünə görə isə 5,4%-lik artım deməkdir) təşkil edib. Mərkəzi Rusiyada şəkərin orta topdan satış dəyəri hal-hazırda 35 rubl təşkil edir.

"Şəkərin topdan satış qiymətinin artmasının əsas səbəblərindən biri şəkər çuğundurunun aşağı məhsuldarlığı olub", - deyə aqrar bazar üzrə ekspert Yevgeni İvanov deyib. 2018-ci ildə şəkər çuğunduru əkin sahəsi əvvəlki ilə nisbətən 6% az olub. Bu məhsul üçün 1,13 milyon hektar əkilmişdir. Nəticədə 2018-2019-cu illərdə Rusiyanın şəkər istehsalı 5,8 milyon ton olacaq ki, bu da ötən illə müqayisədə və proqnozlaşdırılan 6-6,1 milyon tonun altında olub. Riteylər, həmçinin qeyd edir ki, şəkərin dəyəri yalnız topdan satış təchizatçılarında deyil, mağazalarda da artır.