Kataloniyanın müstəqilliyi üçün yeni hərəkat yaradıldı


Dünya 28 Okt 2018 21:27:00 307 0

Kataloniyanın müstəqilliyi üçün yeni hərəkat yaradıldı

Belçikada ispan məhkəməsindən gizlənən Kataloniyanın keçmiş başçısı Karles Puçdemon muxtar bölgənin müstəqilliyi üçün yeni hərəkat yaradıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, hərəkat "Respublikaya Milli Çağırış"adlanır.

Təşkilat Kataloniyanın Manresa şəhərində keçirilən rəsmi mərasimlə təqdim olunub. Puçdemon videoyazı ilə təxminən altı min tərəfdarına müraciət edib. Yeni hərəkatin yaradılması Katalon parlamenti tərəfindən 2017-ci il oktyabrın 27-də qəbul edilən müstəqillik bəyannaməsinin ildönümünə uyğunlaşdırılmışdı.

Öz tərəfdarlarına müraciət edərək, Pudçemon bildirib ki, hərəkat "müstəqillik və azad Kataloniya respublikası"nın yaradılmasını dəstəkləyən güclərin birləşməsi üçün alətdir.

"Biz təslim olmadıq və təslim olmayacağıq", - Puçdemon deyib.