“Amazon” son hesabatını paylaşdı:


Digərləri 28 Okt 2018 20:25:00 224 0

“Amazon” son hesabatını paylaşdı:

Ceff Bezosun qurduğu və idarə etdiyi, ABŞ-ın "Amazon.com" platformasının, 2018-ci ilin üçüncü rübü ilə bağlı hesabatı ictimaiyyətə açıqlanıb.

Son.az facemark.az-a istinadən bildirir ki, qeyd olunan dövrdə şirkətin mənfəəti təxminən 11 dəfə artaraq 2,88 milyard dollara çatıb. Bununla belə, internet şirkətin dövriyyəsi və üçüncü rüblə bağlı gözləntiləri proqnozların aşağısında qalıb.

Xatırlatmaq yerinə düşər ki, "Amazon"un xalis mənfəəti bu ilin ikinci rübündə rekord həddə 2,5 milyard dollara çatıb. Bu isə şirkətin tarixində bir rüb ərzində əldə edilən ən yüksək xalis mənfəət hesab olunmuşdu. "Amazon.com"un 2018-ci ilin üçüncü rübü ilə bağlı ən önəmli nəticələri belədir:

- Səhm üzrə mənfəət payı 5,75 dollar (proqnoz 3,14 dollar idi)

- Xalis mənfəət: 2,88 milyard dollar