“AliExpress” Rusiyadan olan alıcıların sayını açıqladı:


Digərləri 28 Okt 2018 19:25:00 398 0

“AliExpress” Rusiyadan olan alıcıların sayını açıqladı:

Son illər "Alibaba" Rusiya bazarına aktiv investisiya edir. Bir il ərzində ticarət platforması üzərindən aktiv istifadəçilərin (alış-veriş edən) sayı təxminən 20 milyon nəfər təşkil edib.

Son.az facemark.az-a istinadən bildirir ki, bu barədə "AliExpress"in Rusiya nümayəndəliyinin rəhbəri Lyu Vey RBK-ya bildirib.

"Biz hesab edirik ki, belə aktiv istifadəçilər il ərzində davamlı olaraq bir yox, bir neçə dəfə platforma üzərindən alış-veriş edirlər. "Tmall"ın göstəriciləri hələ ki, aşağı olsa da, onun gəlirləri sürətlə artmaqdadır. Belə ki, il ərzində Rusiya üzrə "AliExpress"in dövriyyəsinin 10%-ni təşkil edib", - deyə Lyu Vey belə deyib.

Analtiklərin proqnozlarına görə (İnternet-ticarət şirkətlərinin Assosiasiyasının - AKİT), 2018-ci ildə Rusiya AliExpress vasitəsilə Çin mallarının satışından əldə edilən gəlir, rəqibindən bir neçə dəfə çox, təxminən 212 milyard rubla çatacaq.