Beyin haqqında bilmədiyiniz həqiqətlər


Digərləri 27 Okt 2018 23:10:00 242 0

Beyin haqqında bilmədiyiniz həqiqətlər

Beyin haqqında bilmədiyiniz həqiqətləri təqdim edirik.

Beyin ağrı hiss etməz

Beyindəki reseptorlar ağrıya reaksiya vermir. Buna görə həkimlər narkoz tətbiq etmədən beyin əməliyyatı apara bilir.

Beynimizdə 160 min kilometrdən uzun tük kimi damar var

Bu cür damarların içində yüz milyarda qədər neyronlar yerləşir. Beynimiz oyanıqkən bir ampulanı yandıracaq qədər enerji tükədir. Beynimizin 75 %-i sudan ibarətdir. Bədən enerjisinin 17 %-ni və oksigenin 15%-ni istifadə etməsinə rəğmən bədənin sadəcə 2 %-ni tutar.

Eynşteynin beyni hələ də qorunur

1955-ci ildə Eynşteynin ölümündən sonra beyni başından ayrılaraq elmi araşdırmalar üçün saxlanılıb. 1978- ci ilə qədər itkin düşən Eynşteynin beyni uzun müddət sonra bir həkimin evində tapılıb. 240 parçaya ayrılan beyin formaldehit tərkibli şüşə qabın içində saxlanırdı.

Sağ və sol beyin fərqlidir

Beynin sol tərəfi ağıl və analitik , sağ tərəfi daha çox görünə bilən və qavrayış xarakterli düşüncə ilə əlaqəlidir. Beynimizin sol payı bədənimizin sağ tərəfini, sağ payı isə bədənimizin sol tərəfini idarə edir.