Yoqa ilə məşğul ol, piylənmədən qurtul!


Digərləri 27 Okt 2018 23:20:00 264 0

Yoqa ilə məşğul ol, piylənmədən qurtul!

Qışda geyimlərimizlə artıq çəkini gizlətməyimiz mümkün olsa da, yay aylarında təəssüf ki, bu istəyimizi reallaşdırmağımız biraz çətinləşir. Buna görə də hələ yay gəlməzdən öncə bu haqda fikirləşməyə başlamalıyıq. Bu məqaləmizdə arıqlamaq haqqında fikirləşsə də, bu istəyinə nail olmaqda çətinlik çəkən oxucularımız üçün fərqli, daha rahat bir məşq planı hazırlamışıq. Çoxlarımız yoqanı yalnız sakitləşdirici, yüngül idman növü hesab etsək də, mütəxəssislərin sözlərinə görə düzgün əməl edildiyi halda yoqa həm də ideal bədən qruluşuna sahib olmağımız üçün bir vasitədir. Bunun üçün əməl etməli olduğumuz əsas hərəkətlər aşağıdakılardır:

Qartal duruşu Qartal duruşu- piylənmədən qurtulmaq istəyənlərin əməl etməli olduğu ən əsas yoqa pozlarından birincisidir. Bunun üçün ilk olaraq dizlərinizi bükün, sağ ayağınızı sol ayağınızın üzərinə qoyun. Daha sonra sol əlinizi sağ əlinizin altından keçirərək sarıyın. Bu vəziyyətdə yarıya qədər oturub qalxın. Hərəkəti 8 dəfə təkrarlayın.

Kürək üstü duruş Bu bir növ jim edərkən etdiyiniz hərəkətlərin tərsi deməkdir. Bunun üçün kürək üstdə uzanın, əllərinizdən dəstək kimi istifadə edərək qalxmağa çalışın. Beş dəfə qalxıb enin. Yalnız bu zaman çox diqqətli olmağınız mütləqdir. Əks halda məşqdən sonra əzələlərinizdə uzunmüddətli ağrı hiss edə bilərsiniz.