Həyatını bacısına qurban verən balaca oğlan –


Digərləri 27 Okt 2018 22:10:00 333 0

Həyatını bacısına qurban verən balaca oğlan –

Bu balaca sevgi hekayələri həyatın özüdür. Hamımız bu hissləri yaşaya, ancaq fərqinə varmaya bilərik. Ailem.az bütün oxuculara sevgiləri doyunca yaşamağı arzulayır və yeddi qısa hekayəni təqdim edir:

Bu gün qızımın toyu oldu. 10 il əvvəl qəzaya uğramış, yanan avtobusun içindən 14 yaşlı bir oğlanı çıxartmışdım. Həkimin diaqnozu bu idi: o, daha yeriməyəcək. Bir neçə dəfə onu ziyarətə qızımla getmişdim. Sonra qızım mənsiz getməyə başladı. Bu gün mən bütün deyilənlərə rəğmən bu oğlanın ayaqları üzərində dimdik dayanaraq qızımın barmağına üzük taxdığını gördüm.

***

Bu gün səhər saat 7-də dükana (mən gülçüyəm) yaxınlaşanda qapının yanında formada dayanmış bir əsgər gördüm. O, hava limanına gedirdi, bir illik Əfqanıstana uçacaqdı. Əsgər dedi: "Hər beşinci gün arvadıma gözəl bir gül dəstəsi göndərirdim. Bu ənənəni gedişimə görə pozmaq istəmirəm". Sonra o, mənə 52 dəstə gül sifariş verib onları hər beşinci gün həyat yoldaşının işinə göndərməyimi istədi. Mən ona 50 faiz endirim etdim - bu sevgi bütün gün əhvalımı yüksək tutdu.

***

Bu gün mən 18 yaşlı nəvəmə heç vaxt məzuniyyət gecəsinə getmədiyimi dedim. Çünki məni heç vaxt ora dəvət edən olmamışdı. Təsəvvür edirsiniz - nəvəmi axşam gözəl bir smokində qapımda gördüm. Məni rəfiqəsi kimi məzuniyyət gecəsinə dəvət etdi.

***

Bu gün balaca bir qızı əməliyyat edirdim. Təcili birinci qrup qan lazım oldu, bizdə isə qan ehtiyatı qalmamışdı. Məlum oldu ki, əkiz qardaşı da birinci qrup qan daşıyıcısıdır. Mən ona bunun ölüm-qalım məsələsi olduğunu izah etməyə çalışdım. O, bir az düşündü, sonra valideynləri ilə sağollaşdı və qolunu qoydu. Mən onun niyə belə etdiyini başa düşməmişdim, ta ki qanı götürəndən sonra "Bəs indi nə vaxt öləcəm?" soruşana qədər. Demə, o, bacısına görə həyatını qurban verdiyini düşünürmüş. Şükür ki, indi hər ikisi çox yaxşıdır.