Məşhur aktrisa ilə bağlı şok iddia irəli sürüldü


Digərləri 27 Okt 2018 21:28:00 257 0

Məşhur aktrisa ilə bağlı şok iddia irəli sürüldü

Məşhur aktrisa Ancelina Coli qarışıqlıq yaşanan bir çox ölkələrdə olub. Venesuela isə məşhur ulduzun ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) üçün çalışdığını deyib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Venesuela Milli Qurucu Məclisinin sədri Diosdado Cabello onun MKİ üçün çalışdığını iddia edib: "Öz ölkəsində 43 milyon ehtiyacı olan insan var. Gedib onlarla məşğul olsun".

Diosdado Cabello deyib: "Peruda Venesuela xalqına çox mehriban davranan bir aktrisa vardı. Venesuelanın harada yerləşdiyini soruşanda cavab verə bilməyəcəyinə əminəm. Əsl problem onun dünyaya verdiyi zərərdir. Çünki onu Liviyaya, Suriyaya və Afrikaya göndərdilər. O gedəndən sonra o ölkələrin halını bilirik. Öz ölkəsində 43 milyondan çox yardıma möhtac insan var. Gedib onlarla məşğul olsun".

Qeyd edək ki, məşhur aktrisa Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri seçilib. O, dünya miqyasında bütün düşərgələrə gedib. Son dayanacağı isə Perudakı venesuelalı qaçqınların yaşadığı şəhərciklər olub.