Qalxanabənzər vəzi düyünləri xərçəng


Digərləri 27 Okt 2018 19:28:00 260 0

Qalxanabənzər vəzi düyünləri xərçəng

Hansı orqanda əmələ gəlməsindən asılı olmayaraq əsrin bəlasına çevrilən bədxassəli şiş çox böyük narahatlıq doğurur.

Qalxanabənzər düyünlərdə yaranan şiş növünü müəyyən etmək üçün bir sıra üsullardan istifadə olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-endokrinoloq Gülay Məmmədova bu barədə məlumat verib: "Qalxanabənzər vəz düyünləri xəstənin özünün və ya həkimin fiziki müayinə əsasında boyunda kütlənin ələ gəlməsi, bəzən də aparılan müayinələr zamanı təsadüfən aşkar edilir. Düyün aşkarlananda onun xoş və ya bəd olmasını müəyyənləşdirmək çox vacibdir. Qalxanabənzər vəz düyünlərinin bədxassəli olma ehtimalı çox azdır. Xəstədə klinik olaraq düyün aşkarlananda ilk növbədə anamnez, fiziki baxış, tiroid vəzin funksional testləri, ultrasəs, biopsiya, habelə ssintiqrafiya müayinələri aparılır.