Xanımlara özəl: gözəl bədənə sahib olmağın


Digərləri 27 Okt 2018 19:10:00 257 0

Xanımlara özəl: gözəl bədənə sahib olmağın

İdmanı musiqi dinləyərək edin

İdman edərkən musiqi dinləmək yüksək əhval-ruhiyyə bəxş edir. Araşdırmalar idman edərkən musiqi dinləyənlərin  25 faizinin daha artıq müddət idman etdiyini göstərir. Bu da daha çox kalori yandırmağa kömək edir.

Yeriyərkən belə musiqi dinləməyə çalışın.

Yeriyərək daha gözəl bədənə sahib olmağın sirlərini açıqlayır.

Piyada gəzinti sadəcə çəki atmağa kömək etmir, həm də şəkər xəstəliyi, sümük əriməsi və xərçəngə yoluxma risklərini də azaldır. İdman dükanlarından addımları hesablayan pedometr almaqla, neçə metr addımladığınızı hesablaya bilərsiniz.

1-3 gün. Hər gün atdığınız addımların sayını hesablayın. Üçüncü gündən sonra bunları toplayıb 3-ə bölün və alınan nəticə sizin hər gün üçün ortalama qaçışınız olacaq.

4-5 gün. Ortalama addım sayına 1000 addım daha əlavə edin. Düşəcəyiniz avtobus dayanacağından bir az irəlidə düşüb piyada gedə bilərsiniz.

6-cı gün. Bu gündən etibarən gəzinti üçün xüsusi günlər müəyyən etməlisiniz. 1500 addım daha əlavə edin. Sürətinizə görə 20 dəqiqədə 1500 addımı tamamlaya bilərsiniz. Gəzmədən əvvəl və arada ən az 200 ml su içməyi unutmayın.

7-ci gün. Normada 10 dəqiqəyə çatdığınız yerə bir az tez gedin.

8-11 gün. Orta qaçış normasına 1500 addım əlavə edib qaçışa davam edin.

12-ci günü istirahət üçün ayıra bilərsiniz.

13-14 gün. 2 500 addım daha əlavə edin.

15-16 gün. 3 min addım daha əlavə edin. Bu iki gün ərzində daha çox tərləməyə çalışın və musiqi dinləməyi unutmayın.

17-ci gün istirahət edin.

18- ci gün ortalama yerişinizə  2 min addım əlavə edərək davam edin. Əgər özünüzü yorğun hiss edirsinizsə, idmandan əvvəl 1 fincan qəhvə için.