Gözətrafı dərinin bir sıra problemləri


Digərləri 27 Okt 2018 19:18:00 244 0

Gözətrafı dərinin bir sıra problemləri

Bir çox hallarda qadınlar gözlərinin altında tünd kölgələrin ("göyərmələrin") olmasından şikayət edirlər.

Onların səbəbi irsiyyət, yaş, gözlərin xronoki yorğunluğu (məsələn, kompüterdə üzun müddət ərzində işlədikdə), streslər, siqaret çəkilməsi, vitamin çatışmazlıqları, allergiya kimi faktorlar ola bilər. Bəzi insanlarda isə, düzgün həyat tərzi sürmələrinə baxmayaraq, gözlərinin altında tez-tez tünd kölgələr əmələ gələ bilər. Bu halda mütləq həkimə müraciət etmək tövsiyə olunur. Bu əlamət hər hansı bir daxili orqanın xəstəliyinin əlaməti də ola bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, gözlərinizin altında "göyərmələrin" olmasına meyllilik olarsa, yatmamışdan qabaq çox maye qəbul etməyin. Sürtgəcdən keçirilmiş kartof maskası, xiyar şirəsindən hazırlanan maskalardan, kosmetik buzdan istifadə etməklə bu göyərmələri aradan qaldırmağa cəhd etmək olar. Bu məqsədlə yaşıl çaydan da istifadə etmək olar. Pambıq diski bu çay dəmində isladaraq 10-15 dəqiqə müddətinə gözlərinizin üzərinə qoyub uzanın. Çay dəmləməsi çox isti olmamalıdır.