Türkiyədə iki əsgər şaxtadan öldü


Dünya 27 Okt 2018 18:12:00 236 0

Türkiyədə iki əsgər şaxtadan öldü

Türkiyədə Asım Türkel və Ferruh Dimen adlı iki əsgər şaxtadan dünyasını dəyişib.

Son.az Qafqazinfo-ya istinadən bildirir ki, onlar gecə saatlarında Tunceli bölgəsində PKK terror təşkilatına qarşı aparılan əməliyyat zamanı havanın şaxtalı olması səbəbindən donublar.

Əsgərlər xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb.